Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


29.09.2025  10:52 

Tramp Rusiyaya zərbələr endirməyə icazə verdi





A+  A-

ABŞ prezidenti Donald Tramp Ukraynaya Amerika silahlarından istifadə edərək Rusiyaya qarşı uzaqmənzilli zərbələr endirməyə icazə verməyə razılaşıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ağ Evin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Fox News telekanalına müsahibəsində deyib.

Kelloqun sözlərinə görə, ABŞ hakimiyyəti artıq bu cür hücumların qarşısını almır. O, Trampın vitse-prezident J.D. Vans və ABŞ dövlət katibi Marko Rubio ilə yanaşı verdiyi bəyanatlara istinad edərək bunları deyib:

“Bu sualın cavabı bəli. Dərindən zərbə vurmaq üçün fürsətlərdən istifadə edin.”

Xüsusi nümayəndə qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski Trampla son görüşündə “Tomaqavk” tipli uzaqmənzilli raketlərin (təxminən 2500 km mənzilli) Kiyevə verilməsini istəyib. Lakin bu məsələ ilə bağlı hələlik rəsmi qərar yoxdur.

Sentyabrın 26-da “The Wall Street Journal” öz mənbələrinə istinadən yazıb ki, Tramp Zelenski ilə Nyu-Yorkda danışıqlar zamanı artıq razılıq verib. Bununla belə, nəşr qeyd edir ki, Tramp ABŞ-ın bu cür hücumlara qoyduğu qadağanı aradan qaldırmaq üçün heç bir öhdəlik götürməyib.

Xəbər 3443 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +