Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


27.08.2025  11:40 

Yanacaqdoldurma məntəqəsində yanğın oldu





A+  A-

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Ağcabədi rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

XəzərNews.az FHN-ə istinadla xəbər verir ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və yanacaqla dolu çənlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çənlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 48 m² olan 3 otaqdan ibarət ofisin yanar konstruksiyaları yanıb.

Yanacaq çənləri yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.


Xəbər 2906 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +