Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


15.07.2025  20:07 

Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA





A+  A-

Xəzər rayonunun Zirə qəsəbəsində eşşək arabası vasitəsilə zibil daşınması ilə bağlı sosial şəbəkədə yayılan görüntüləri təqdim etmişdik. Sözügedən videonu çəkən sakin həmin ərazidə zibillərin bələdiyyə tərəfindən eşşək arabası ilə daşındığını bildirmişdi.

XəzərNews.az xəbər verir ki, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi görüntüləri araşdırıb və məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib. Qurumdan bildirilib ki, rayon ərazisində tullantıların daşınması işləri xüsusi texnikalar vasitəsilə dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir:

"Videomaterialda əks olunan görüntü ilə bağlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq araşdırma aparılıb və müəyyən edilib ki, qeyd olunan qoşqu qəsəbə sakini tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur.

Həmçinin araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər şəxsi məqsədlər üçün tullantı konteynerlərindən dəmir və plastik məmulatlar toplayaraq aidiyyəti üzrə müvafiq məntəqələrə təhvil verilməsi işi ilə məşğuldurlar.

Bununla əlaqədar gələcəkdə bu kimi halların təkrarlanmaması üçün vətəndaşlarla müvafiq profilaktik söhbətlər aparılıb".

Xəbər 1835 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +