ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü
İçkili halda uşaq doğan ana onu pəncərədən küçəyə atdı
Xəstənin 40 minini alıb, tort kəsib lağa qoydular
Evlərdən oğurluq edən şəxslər saxlanıldı
Sumqayıt-Bakı istiqamətində yol 1 saat bağlı olub
Sərnişinlər 17 nömrəli avtobusdan pulsuz istifadə etdilər
Etirazçılar prezidentin iqamətgahını yandırdılar
Evlərdən oğurluq edən şəxslər saxlanıldı


08.05.2017  12:08 

Gömrük Komitəsi əməliyyat keçirdi





A+  A-

Astara Gömrük İdarəsinin əməkdaşları güclü təsir edən maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, gömrükçülər İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirib. Yoxlama zamanı ümumi sayı 50 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 10 qram olan "Tramadol" adlı dərman preparatı və 240 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 9,6 qram olan "Metadone" adlı narkotik vasitə aşkar edilib.

Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Digər bir fakt isə Biləsuvar Gömrük İdarəsində qeydə alınıb. İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin vətəndaşın üzərində, pencəyinin cibində olan sellofan paketdə 16 ədəd metadon adlı həb, corabının içərisində isə 1 ədəd bükümdə, xalis çəkisi 9,715 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar edilən 16 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər 2986 dəfə oxunub.



08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb


BÜTÜN XƏBƏRLƏR +