Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


17.08.2022  10:24 

“Qarabağ” növbəti oyununu keçirəcək - Bu gün





A+  A-

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

XəzərNews.az xəbər verir ki, Azərbaycan çempionu Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Matçın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq.

İki komanda indiyədək avrokuboklarda bir dəfə rəqib olub. 2016/2017 mövsümündə ÇL-in III təsnifat mərhələsinə təsadüf edən dueldə Plzen təmsilçisi üstün olmuşdu.

Çexiyadakı matçda qolsuz heç-heçə qeydə alınmışdı. Bakıdakı görüşdə 1:1 hesablı heç-heçəyə nail olan qonaqlar səfər qolu sayəsində mərhələ adlamışdılar. Bu mənada bugünkü qarşılaşma “köhlən atlar” üçün revanş xarakteri də daşıyır.

Ağdam klubu oyuna ciddi itkilərlə çıxacaq. Mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Rəqibin heyətində isə hər hansı itki yoxdur.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

17 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Plzen, Çexiya)

Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)

VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 3124 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +