Zavodda güclü partlayış -VİDEO
Bu ölkədə MOSSAD üzvü saxlanıldı
Krımda yanacaq qıtlığı yaranıb
Sərnişin sürücünü xəstəxanalıq ETDİ
Münhendə dronlar səbəbindən uçuşlar dayandırılıb
Azərbaycan bu diplomları tanımır - Siyahı
Rəqs edən həkim, yenidən iş başında? -VİDEO
ABŞ-ın dövlət borcu rekord həddə...
Biz Tehranda qala bilmərik -Məsud Pezeşkian
Elektrik Stansiyasına edilən hücumlar cavabsız qalmayacaq -Putin


10.11.2021  12:24 

“Keşlə” Şamaxını təmsil edəcək - Adı dəyişdiriləcək





A+  A-

Şamaxı şəhər stadionunun istismara verilməsi ilə əlaqədar AFFA və “Keşlə” futbol klubu arasında müzakirə aparılıb.

XezerNews.az AFFA-ya istinadla xəbər verir ki, bölgələrdə futbolun inkişafına dəstək verilməsi, stadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə “Keşlə” klubuna “Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

Bununla əlaqədar “Keşlə” klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə “Keşlə” klubunun adının dəyişdirilərək “Şamaxı” adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. “Şamaxı”nın “Keşlə”nin hüquqi varisi hesab olunması üçün AFFA və klub tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və bu məsələ müsbət həllini tapdıqdan sonra dəyişikliklər həyata keçiriləcək.

“Keşlə”nin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonunadək Bakıda fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.

UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandasından başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.

Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Xəbər 3928 dəfə oxunub.




03.10.2025  10:29 

Zavodda güclü partlayış -VİDEO

03.10.2025  10:19 

Krımda yanacaq qıtlığı yaranıb

02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı


BÜTÜN XƏBƏRLƏR +