Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


09.03.2024  16:15 

“Barselona“ klubunun futbolçusu karyerasını Fransada davam etdirə bilər





A+  A-

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal karyerasını Fransada davam etdirə bilər.

Xəzərnews.az "Marca" nəşrinə istinadən xəbər verir ki, PSJ 16 yaşlı vingerlə maraqlanır.

Paris təmsilçisi ispaniyalı oyunçuya görə 200 milyon avro ödəməyə hazırdır. Ölkə çempionu gənc futbolçunu yayda İspaniyanın "Real" klubuna keçəcəyi gözlənilən Kilian Mbappeyə əvəzləyici kimi görür.

Yamalın meneceri Jorje Mendeş bu həftə "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb və bu transferin mümkünlüyünü müzakirə edib. Kataloniya təmsilçisi isə onun satılmasının əleyhinədir.

Qeyd edək ki, Yamal cari mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

Xəbər 5681 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +