Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


10.11.2022  19:01 

Bu restoranda saxta araqlar aşkar edilib





A+  A-

Goranboy rayonunun G.Civəzadə küçəsində Şahin Şamil oğlu Qarayevə məxsus “Şahin” restoranında yoxlama aparılıb.

XəzərNews.az Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinə istinadən xəbər verir ki, yoxlama zamanı restorana gələn müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0,7 litrlik və 2 ədəd 0,5 litrlik “Organic Line” əmtəə nişanlı, 2 ədəd 1 litrlik, 8 ədəd 0,7 litrlik və 4 ədəd 0,5 litrlik “Banketnaya Yubiley 10” əmtəə nişanlı və 2 ədəd 1 litrlik, 3 ədəd 0,7 litrlik “Хортиця” əmtəə nişanlı alkoqollu içki aşkar edilib.

Malların orijinaldan kəskin fərqləndiyi, o cümlədən qanunsuz olaraq təkrar spirtli içkilərin butulkalarından istifadə edildiyi və digər hissələrin kustar üsulla hazırlanaraq bərkidildiyi müəyyən olunub.

Aşkar edilmiş faktla bağlı dərhal alkoqollu içkilərin satışı dayandırılıb və məhsullar möhürlənərək saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.

Xəbər 2749 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +