2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


12.09.2025  18:21 

Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR





A+  A-

Bakının məşhur ticarət mərkəzlərindən biri olan “Gənclik Mall”da yerləşən “DeFacto” mağazasının fəaliyyətində qeyri-adi vəziyyət müşahidə olunur.

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, mağazanın həm birinci, həm də ikinci mərtəbəsində piştaxtalar demək olar ki, boşalıb, satışda isə çox az məhsul qalıb.

Malların tez satılması üçün bütün geyimlərə böyük endirimlər tətbiq edilib. Müşahidələrə görə, mağazada bağlanma ab-havası hökm sürür. Əməkdaşlardan bəziləri mağazanın yaxın günlərdə təmir üçün bağlanacağını bildirdilər. Digərləri isə dəqiq məlumatlarının olmadığını, hətta mağazanın yenidən açılmasının belə sual altında olduğunu dedilər.

Hazırda “DeFacto”nun “Gənclik Mall” filialının gələcək fəaliyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.



Digər tərəfdən, “DeFacto”nun digər filiallarının da bağlanacağı iddia olunur. Bildirilir ki, artıq bir neçə filial boşaldılır, məhsullar isə outlet mağazalarda satışa çıxarılıb. Şirkətin yalnız onlayn çatdırılma ilə fəaliyyətini davam etdirmək istədiyi, bəzi əməkdaşlara isə ixtisar barədə məlumat verildiyi deyilir.

Qeyd edək ki, “DeFacto”nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.






Xəbər 3879 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +