Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


04.04.2019  16:21 

Yol tikintisinə 8,5 milyon manat ayrıldı





A+  A-

Prezident İlham Əliyev Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Xəbər 2883 dəfə oxunub.



01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +