AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR


20.06.2022  16:28 

“Ərzaqla əlaqədar ciddi problemlər yaranır” - Deputat





A+  A-

“Dünyada neftin, qazın qiyməti artır, amma dünyada balans pozub deyə ərzaq ilə əlaqədar çox ciddi problemlər yaranır”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili ölkədə və dünyada ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət çəkib:

“Cənab Prezident IX Qlobal Bakı Forumunda bütün dünyanı maraqlandıran məsələlərə toxundu. Əsasən də təhlükəsizliklə bağlı məsələlər bizim üçün çox əhəmiyyətlidir. Eyni zamanda, dünya ərzaq bazarında yaranmış problemə çox ciddi toxundu. Dedi: “Elə fikirləşməyin ki, neft ixrac edən ölkələr qiymətin yüksək olduğuna görə şaddırlar”. Biz o dövlətlərə neft-qaz ixrac edirik ki, onlarda ərzaq məhsulları istehsal olunur. Eyni zamanda, biz də o dövlətlərdən ərzaq idxal edərkən əlavə inflyasiya, qiymət artımı da idxal edirik. Bir vaxtlar OPEC+ təşkilatı bunların hamısını tənzimləyirdi. Son vaxtlar, xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra biz bunu görmürük. Ona görə də neftin, qazın qiyməti artır, dünyada balans pozulur. Ərzaq ilə əlaqədar çox ciddi problemlər yaranır”.

V.Əhmədov problemdən çıxış yolu olaraq hökumətin bir sıra addımlar atdığını deyib:

“Düzdür, dövlət başçısı, hökumət nümayəndələri bir sıra dövlətlərlə danışıqlar apararaq taxıl əkmək üçün torpaq icarəyə götürürlər. Amma ümumi olaraq ərzaq dünyanın ən ciddi problemidir. Cənab Prezidentin dediyi kimi, ərzaq böhranı qapının ağzındadır. Rusiya və Ukrayna ən çox taxıl ixrac edən ölkələr idi. Hətta Ukraynanın taxıl ixrac etməsi üçün Türkiyə işə qarışaraq müəyyən məsələləri həll edib. Amma problem çox ciddidir. Yalnız müharibə bitəndən sonra dövlətlərin iqtisadi vəziyyəti stabilləşə bilər.
Bu baxımdan Azərbaycanda da qiymət artımı, inflyasiya var. Bir sıra dövlətlər artıq ərzaq məhsullarının ixracına qadağa qoyublar və öz əhalisini ərzaqla təmin edirlər. Problem ciddi olduğu üçün cənab Prezident də Forumda bu məsələyə toxundu. Əlbəttə, dövlət başçısının çıxışını çox yüksək qiymətləndirirəm. Çünki bu, bütün dünya üçün ümumi problemdir”.


Xəbər 3117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +