“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


31.08.2025  00:44 

Fransada Makronla mübarizə üçün sağçı koalisiyanın yaradılmasına çağırılıb





A+  A-

Fransada ifrat sağçı "Milli Birlik" Partiyasının lideri Jordan Bardella prezident Emmanuel Makronun siyasətinə qarşı çıxan sağçı qüvvələrdən ibarət koalisiya yaratmaq təşəbbüsü ilə çıxış edib.

XəzərNews.az "Report"a istinadla xəbər verir ki, o, bu fikrini BFMTV kanalına müsahibəsində bölüşüb.

"Mən makronizmdə əriməmiş sağçı siyasətçilərə əl uzatmaq istəyirəm", - siyasətçi qeyd edib.

Bu bəyanat sentyabrın 8-də Fransa Milli Assambleyasında Fransua Bayru hökumətinə etimad səsverməsi ərəfəsində verilib. "Milli Birlik" partiyasının deputatları etimadsızlıq votumu dəstəkləmək və hazırkı hökumətin istefasına səs vermək niyyətindədirlər.

Avqustun 25-də Bayru hökumətə etimad məsələsini Milli Assambleyada səsverməyə qoyacağını açıqlayıb. O, bu addımın səbəbi kimi ağır iqtisadi vəziyyəti göstərib, dövlət borcunun sürətlə artdığını vurğulayıb. Onun sözlərinə görə, Fransanın dövlət borcu hər saat 12 milyon avro artır və hazırda 3,4 trilyon avroya çatıb.

Xəbər 1102 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +