Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


22.02.2024  11:35 

Bank kartlarından oğurluqda şübhəli bilinən 3 qadın saxlanılıb





A+  A-

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı və Sumqayıt şəhərlərində 3 nəfərin bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 qadın saxlanılıb.

Xəzərnews.az xəbər verir ki, məlumatı DİN yayıb.

Fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlamaqda şübhəli bilinən 3 qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Narkotiklə tutulan şəxslərin bank kartlarından oğurluq etmələri də müəyyən olunub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuşlar Hüseynxan Yadigarlı və Rahim Səlimzadə saxlanılıblar. Onlardan metamfetamin aşkar olunaraq götürülüb.

H.Yadigarlının müxtəlif vaxtlarda 2 nəfərin bank kartından ümumilikdə 650 manat, R.Səlimzadənin isə 2 nəfərin bank kartlarından ümumilikdə 200 manat pul oğurlamaları, bir nəfəri isə aldadaraq 130 manat pulunu alması müəyyən olunub. Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbər 2580 dəfə oxunub.



16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +