32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda
TƏBİB və İTSDA-dakı yoxlamalar təsdiqləndi - Açıqlama
Kiyevdə ana və qızının meyiti tapılıb
Rubl çökür, Pesakov isə “vəziyyət sabitdir” deyir


26.02.2024  16:25 

“Biz heç bir siyasi konyukturadan asılı olmayan...”





A+  A-

“Biz heç bir siyasi konyukturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi, xristian - hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir”.

Bu sözləri ABŞ-ın Zenger nəşrinə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

O, bu fikirləri ABŞ-Azərbaycan münasibətləri, geosiyasi çağırışlar fonunda iki ölkə arasında strateji əlaqələrin gücləndirilməsi kimi məsələləri şərh edərkən səsləndirib.

Xatırladaq ki, ötən ay ABŞ Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salıb. İllik siyahını açıqlayan dövlət katibi Entoni Blinken ötən ilin qara siyahısında olan 12 ölkənin hamısının - Birma, Çin, Kuba, ÇXDR, Eritreya, İran, Nikaraqua, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanın siyahıda saxlandığını qeyd edib.

"Bundan başqa, mən Əlcəzair, Azərbaycan, Mərkəz Afrika Respublikası, Komor Adaları və Vyetnamı dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələr adlandırdım", - deyə o bəyanatda bildirib./Musavat.com

Xəbər 2841 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +