Rusiya spikeri ciddi ürək problemi yaşayır
İki qatar relsdən çıxıb: Ölənlər var
İlham Əliyev Xocavənd rayonunun Sos kəndində olub -FOTOLAR
Ərə veriləcəyi deyilən azyaşlının nənəsi danışdı - Video
Papa ad günün qeyd edir
Təyyarə qəzası baş verib...-Ölən və yaralananlar var
Estoniyadan bu ölkəyə MİLYONLUQ YARDIM
Daha bir general həbs edildi
Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO


19.09.2021  09:17 

Qarabağda atışma: Ordumuz iki erməni terrorçunu yaraladı





A+  A-

Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yerləşən erməni qanunsuz silahlı birləşmələri ilə Azərbaycan Ordusunun əsgərləri arasında atışma baş verib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

İddia edilib ki, Azərbaycan əsgərlərinin “öz mövqelərindən” açdığı atəş nəticəsində “Dağlıq Qarabağın iki əsgəri” ağır yaralanıb.

Bildirilib rus sülhməramlılarının rəhbərliyi “hər iki tərəfin” iştirakı ilə hadisəni araşdırır.
Qeyd edək ki, bu, Rusiya sülhməramlılarının növbəti dəfə Azərbaycanın Qarabağ regionunun bir hissəsini “erməni tərəfi” kimi göstərmək və orda “erməni mövqeyi” olduğunu qəbul etdirmək istiqamətində növbəti qanunazidd açıqlamasıdır. Rusiya MN artıq ilk dəfə deyil ki, erməni separatçılarını Qarabağda tərəf kimi göstərməyə, onlar üçün “hərbi mövqe” müəyyənləşdirməyə, Azərbaycanın daxilində sərhədlər cızmağa çalışır.

Bir müddət öncə Rusiya MN sülhməramlıların təminatı üçün keçirdiyi tenderdə də işin görüləcəyi ünvan kimi “Dağlıq Qarabağ respublikası” adını qeyd etdirmişdi. Azərbaycanın rəsmi etirazından sonra bu “yanlışlıq” dəyişdirilsə də, Rusiya MN ənənəvi qanunsuzluğunu bütün informasiyalarında davam etdirir.

Halbuki Qarabağda heç bir erməni mövqeyi yoxdur və bu, 10 noyabr 2020-ci il bəyanatında tam aydın şəkildə göstərilib. Bəyanata əsasən, erməni silahlı qüvvələri Azərbaycan ərazisini dərhal tərk etməli, rus sülhməramlıları erməni qanunsuz silahlı birləşmələrinin yerinə yerləşdirilməli və Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini təmin etməlidir. Rus sülhməramlıları isə cidd-cəhdlə separatçı-terrorçuları qoruyur, onların rus sülhməramlılarının arxasında gizlənib təşkilatlanması və mövqe tutmasına şərait yaradır, ermənilər üçün “sərhəd” müəyyənləşdirir.

Xəbər 3300 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +