Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


25.08.2025  10:51 

Məhkəmə “DUR” deyir, amma iş davam edir - Fotolar





A+  A-

Xəbər verdiyimiz kimi, Ağstafa rayonu Heydər Əliyev prospekti 53 saylı ünvanla E.Qələmçəli küçəsi 2 saylı ünvanın kəsişməsində yerləşən və Elşən Musayevə məxsus olan torpaq sahəsi Ağstafa bələdiyyəsi və Məlahət Musayeva tərəfindən qeyri-qanuni yollarla ələ keçirilərək rayon sakini Mircəlal Mahmudova satılıb.

Şikayətçi Elşən Musayev XəzərNews.az bildirib ki, ərazidə tikintinin dayandırılması ilə bağlı məhkəmənin 18.07.2025-ci il tarixli qərarına baxmayaraq ərazidə yenidən təmir-tikinti işləri aparılır:

“Müvəqqəti fasilədən sonra, avqustun 23-də yenidən ərazidə təmir-tikinti işləri aparılır. Ağstafadakı dövlət qurumları, probasiya şöbəsi, hüquq-mühafizə orqanları isə məsələyə heç bir müdaxilə etmir. Bir sözlə məhkəmənin qərarı icra olunmur”.

Torpağın sonuncu sahibi Mircəlal Mahmudova məsələyə münasibət bildirmələri ilə bağlı müraciət etsək də heç bir cavab ala bilmədik.

Problem necə yaranıb?


Elşən Musayev 19 fevral 2004-cü il tarxidə rayon Bələdiyyəsinə müraciət edərək alqı-satqı yolu ilə torpaq əldə edib. 19.09.2007-ci ildə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa “Torpaq sahəsinin plan ölçüsü” təsdiqlədib və nəhayət 08 oktyabr 2008-ci ildə Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə tikintiyə icazə alıb. Lakin imkanı olmadığı üçün ərazidə tikinti işləri apara bilməyib.

E.Musayev növbəti ilin torpaq vergisini ödəyən zaman onda xəbər tutub ki, torpaq üzərində mülkiyyət hüququ ləğv edilib. Hadisədən xəbər tutan E.Musayev hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edib.

Torpaq sahəsi Elşən Musayevin ata yurdunun ərazi hüdudlarına daxildir. Elşən Musayev bildirib ki, ata yurdu olsa da torpaq sahəsini bələdiyyədən satın alıb. Hətta torpağın üzərində sənədli – yəni Çıxrışı olan köşk də olub. Torpağı qeyri-qanuni yollarla ələ keçirən Məlahət Musayeva köşkü də sökdürüb.

Hazırda bu işlə bağlı da Ağstafa rayon Məhkəməsində iddia icraatdadır.

Məhkəmə və qəbul edilən qərarlar nə deyir?

Ağstafa rayon Məhkəməsində hakim Heyran Mürsəlovanın sədrliyi ilə 03.02.2025-ci il tarixdə keçirilən prosesdə Ağstafa şəhər Bələdiyyəsi ilə Musayeva Məlahət Məmməd qızı arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış 01.09.2023-cü il tarixli, AN-I 1183288 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

Eyni qərarla ləğv olunmuş sənəd əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Musayeva Məlahət Məmməd qızının adına olan 13.10.2023-cü il tarixli 2623019980 qeydiyyat nömrəli çıxarış da ləğv edilib.

Tərəflər arasında qarşılıqlı məhkəmə çəkişməsinin getdiyi ərəfədə Ağstafa rayon Məhkəməsi 18.07.2025-ci il tarixli yeni bir qərar elan edib. Hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı Elşən Musayevin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Ərizəsini təmin edib. Məhkəmə Ağstafa rayonu Heydər Əliyev prospekti 53 saylı ünvanla E.Qələmçəli küçəsi 2 saylı ünvanın kəsişməsində olan mübahisəli torpaq sahəsində tikinti, bərpa və ya dəyişikliklərin edilməsini Məlahət Musayevaya və digər şəxslərə qadağan edib.

Qərardadın dərhal icra edilməsi Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub. Elşən Musayevin vəkili Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsi əməkdaşları ilə birgə əraziyə gəlib və iş icraçılarından işin dayandırılması tələb olunub.

Hazırda proses davam edir.



















Xəbər 887 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +