Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


26.08.2021  10:21 

“Moskva “Taliban”ı tanımağa tələsmir” - Rusiyalı səfir





A+  A-

Rusiya Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətini tanımağa tələsmir, lakin yeni reallığa fikir verməyə bilmir.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin BBC telekanalının “Hard Talk” proqramına müsahibəsində bildirib.

“Biz vəziyyəti təhlil edirik. Biz hər hansı siyasi addımı qəbul etməyə və ya atmağa tələsmirik. Nə baş verdiyinə baxırıq”, - o deyib.

Bununla yanaşı, diplomat xəbərdarlıq edib ki, talibləri tanımaq və onlarla dialoq aparmaq müxtəlif şeylərdir.

“Artıq bir müddətdir ki, biz taliblərlə əlaqə saxlayırıq, biz onlarla genişlənmiş “üçlük” (Rusiya, ABŞ, Çin və Pakistan –red.) formatında danışırıq”, - Kelin qeyd edib.

“Onlar əfqan cəmiyyətinin bir hissəsidir, biz onlara fikir verməyə bilmərik, bu, reallıqdır. Biz onlarla danışmağa davam edirik”, - deyə o əlavə edib.

Xəbər 3638 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +