Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu
Rusiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik
Sabah hava necə olacaq?


07.06.2023  18:40 

Türk lirəsi niyə sürünür?





A+  A-

Türkiyədə milli valyuta dəyər itirməkdə nəyinki davam edir, getdikcə daha da sürətlənir. Atıq, 1 ABŞ dollarına nəzərən türk lirəsi az qala 24-25 lirəyə çatır. Ümumiyyətlə, təkcə bu ilin əvvəlindən bəri 15-16 % dəyərsizləşmə baş verib.

Qeyd edim ki, hələ iki il öncə eyni mövzuda yazdığım məqaləmdə qeyd etmişdim ki, lirə xarici valyutalara nəzərən əvvəllər də vaxtaşırı olaraq həmişə ucuzlaşsa da bu, müəyyən zaman çərçivəsində baş verib və proses sonradan ya səngiyib, ya da əks dinamika nümayiş etdirib.

Budəfəki dəyərsizləşmə isə öz davamlılığı ilə, həm əvvəlkilərdən daha sürətli xarakter daşıması və getdikcə dərinə işləməyə meyl etməsi, həm də ümumiyyətlə, nəzarətdən çıxma qorxusu yaratması ilə seçilir. Sual yaranırdı, niyə?!

Lirə hələ bir neçə il bundan öncədən ən birinci ona görə ucuzlaşmağa başladı ki, Türkiyə iqtisadiyyatına təzyiqlər başlandı. Söhbət, hələ pandemiyadan öncədən gedir.

Qərbin bu təzyiqləri Ankara ilə siyasi münasibətlərinə görə yarandığından demək olar bugün də davam edir.

Nəticədə ölkəyə xarici kapital axını, yəni investisiya əvvəlki illərlə müqayisədə sıfır vəziyyətinə düşdü. Bu isə ölkəyə xarici valyuta axının kəsildiyi demək oldu.

İkincisi, üstəgəl pandemiya... 2020-ci ildə bir sıra iqtisadi fəaliyyət sahələri qapandı və məhdudiyyətə alındı, iqtisadi fəallıq məcburən çərçivəyə salındı.

Türkiyədə ölkəyə xarici valyuta gətirən əsas sahələrdən biri turizm idi. Türkiyə turizm sahəsində dünyanın ən tanınmış ölkələrindən idi. Pandemiya ən böyük zərbəni hər yerdə turizm sektoruna vurduğundan, Ankara bu mənada daha çox şey itirdi.

Üçüncüsü, pandemiyadan sonra bütün ölkələrdə, dünyada qiymətlər yüksəldi. Enerji daşıyıcıları bahalaşdı, ərzaq məhsullarının qiyməti qalxdı, digər növ məhsullar üzrə də təklifin tələbi ödəyə bilməməsi situasiyası yarandı. Bu isə zəncirvari reaksiya yolu ilə bütün ölkələrdə həm idxalı, həm də yerli istehsalı bahalaşdıraraq inflyasiyaya əlavə təsir və təzyiqlər yaratdı.

Ankaranın valyuta xərcləri yüksəldi. Bu da biznes dairələrinin işləri daraldı, riskləri artdı. Sahibkarlar gözləmə mövqeyi seçməklə yalnız özlərini sığortalamaq tədbirləri haqqında düşünməyə başladılar.

Bu siyahını bir az da uzatmaq olar. Hələ dövlətin xaricə borc öhdəlikləri üzrə ödənişlərini demirəm, hansı ki, bu özü də ölkədən valyuta çıxmasına səbəb olur.

Pərviz Heydərov
İqtisadçı


Xəbər 2933 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +