Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


09.09.2020  10:43 

Belarusun daha bir müxalifət lideri ilə əlaqə itib





A+  A-

Belarus Müxalifətinin Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü, vəkil Maksim Znak ilə əlaqə itib.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, onun mobil telefonu söndürülüb, messencerdən zəng çatmır. Silahdaşlarından biri olan Pavel Latuşko ötən gecə Znak ilə əlaqə qurduğunu bildirib: “Sonuncu dəfə saat 12:00 radələrində danışdıq. O vaxtdan bəri əlaqə saxlamadıq”.

“Belgazprombank”ın keçmiş sədri Viktor Babarikonun seçki qərargahının Mətbuat katibi Qleb Germançuk nəşrə açıqlamasında Znakdan son mesajın “maskalılar” olduğunu açıqlayıb: “Maksimin bir müsahibəsi olmalı idi, “Zoom”a daxil olmadı, ona zəng etdim, “deyəsən bizə kimsə gəlib” cümləsini dedi, əlaqə kəsildi və “maskalılar" sözünü mesajla göndərdi. İndi isə yoxdur”.

Koordinasiya Şurasının katibliyi Znakın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıla biləcəyini irəli sürüb.

Qeyd edək ki, bir neçə gün öncə Belarus etirazçılarının digər liderləri ilə də oxşar hadisə yaşanıb. Babarikonun seçki qərargahının keçmiş rəhbəri Mariya Kolesnikova, şura katibləri İvan Kravtsov və Anton Rodnenkov, həmçinin keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya və Pavel Latuşko ilə də bir müddət əlaqə itmişdi. Daha sonra Kolesnikova xaric hər kəs xaricdən əlaqə qurmağa müvəffəq olmuş və ölkədən getmələrinin məcburi şəkildə baş verdiyini bildirmişdilər.



Xəbər 3232 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +