Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


18.01.2020  14:37 

Bakıda soyğunçuluq edən dəstə tutuldu





A+  A-

Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, zərərçəkənin valideyni metronun “Azadlıq” stansiyasının yaxınlığında övladının 780 manatlıq “Samsung” markalı mobil tefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib.

Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının “isti” izlərlə keçirdikləri tədbir nəticəsində soyğunçuluq edən əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onun birlikdə qeyd edilən cinayətdə iştirak edən daha iki nəfər yetkinlik yaşına çatmayan şəxs tutulublar. Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf ediblər. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər.

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə mməlumat verə bilərlər.

Xəbər 3120 dəfə oxunub.



16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +