Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


28.08.2018  09:38 

Azərbaycanda psixoloji yardım RƏSMİLƏŞİR





A+  A-

Azərbaycanda uzun müddətdir müzakirə edilən "Psixoloji yardım haqqında" qanun layihəsi artıq hazırdır.
XəzərNews.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, qanun layihəsi Səhiyyə komitəsi tərəfindən hazırlanıb, müzakirələrdən keçib, müxtəlif əlaqədar nazirliklərdən, dövlət komitələrindən müsbət rəylər alınıb, aidiyyəti üzrə qeyri-hökumət təşkilatları, müxtəlif psixoloji mərkəzlərdə çalışan psixoloqlar qanun layihəsi ilə bağlı dinləmələrdə iştirak ediblər, işçi qrupunun tərkibində olublar.

Onun sözlərinə görə, qanun layihəsi hazırdır və yəqin ki, Milli Məclisin payız sessiyası zamanı plenar iclasa çıxarılacaq və qəbul olunacaq.

Qanun layihəsinin mahiyyətinə toxunan M.Quliyev qeyd edib ki, Azərbaycanda hələ sovet dövründən psixoloji yardım göstərilir:

"Sovet dövründən böyük zavodlarda, fabriklərdə psixoloq ştatları olurdu, o cümlədən ali məktəblərdə, orta təhsil müəssisələrində psixoloji yardım göstərilirdi. Bu gün də istər dövlət, istərsə də özəl müəssisələrdə psixoloq xidmətləri var, kifayət qədər özəl psixoloji kabinetlər, psixoloq yardımı mərkəzləri fəaliyyət göstərir. Ancaq bunların hamısı pərakəndə şəkildə işləyir, psixoloqların peşə tələbləri standartı yoxdur. Bu baxımdan qanun layihəsində kimin psixoloq ola bilməsi, kimin hansı sahədə psixoloji yardım göstərə bilməsi, psixoloji yardımın kriteriyaları və s. məsələlər öz əksini tapıb".

Xəbər 2959 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +