Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


14.07.2018  12:43 

Ayaqyalın gəzmək uşaqlara faydalıdır





A+  A-

Almaniyanın Yens universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.
XəzərNews.az xəbər verir ki, nəticələrə əsasən, ayaqyalın gəzmək uşaqlara müsbət təsir edir və bir sıra qabiliyyətlərin inkişafına təkan verir. Məlum olub ki, çox vaxt ayaqyalın gəzən və qaçan uşaq və yeniyetmələrdə tarazlığı qorumaq, tullanmaq qabiliyyətini daha da inkişaf etdirir.

Tədqiqat sübut edib ki, bu xüsusiyyətlər 6-10 yaş arası daha çox üzə çıxır. Sonra isə ayaqyalın gəzməyin verdiyi effekt getdikcə azalır, amma tam yoxa çıxmır.

Professor Astrid Zex bildirib ki, ayaqyalın gəzintilrə daha təbiidir və ayaqqabıdan istifadə etmək çoxdandır ki, sağlamlığa və hərəkət modelinin inkişafına təsir edən faktor kimi nəzərdən keçirilir.
Astrid və komandası təcrübə üçün 810 uşaq və yeniyetmə dəvət edib. Uşaqlar fərqli mühit və şəraitlərdə böyüyüblər. Onların bir hissəsi Cənubi Afrikanın kənd ərazilərində, digərləri isə şimali Almaniyanın şəhərlərində yaşayıblar. Birinci qrupun uşaqları çox vaxt ayaqyalın, ikinci qrup isə əsasən ayaqqabıda gəzib.

Bir sıra testlərdən sonra məlum olub ki, ayaqyalın gəzənlər tarazlıq və tullanma tapşırıqlarının öhdəsindən daha rahat gəliblər. Bu fərq 6-10, 11-14, 15-18 yaş qrupları arasında gözə dəyib. Ən yaxşı nəticələr isə 6-10 yaş arası uşaqlarda üzə çıxıb.

Xəbər 3061 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +