Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu
Rusiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik
Sabah hava necə olacaq?


05.06.2018  11:26 

Bakıda üzərində Ermənistan bayrağı olan eynək satılır – VİDEO





A+  A-

Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır.
XəzərNews.az “xezerxeber.az”a istinadən xəbər verir ki, fakt Xırdalandakı mağazaların birində qeydə alınıb.

Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb.

Xəbərin izi ilə gedib sözügedən mağazanı tapdıq. Həmin eynək Xırdalanda “Təzə bazar” adlanan ərazidə yerləşən “Real optika” adlı mağazada satılır.

Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf etdilər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.

Məsələ ilə bağlı özünü mağazanın sahibi kimi təqdim edən Ənvər adlı şəxslə telefon əlaqəsi saxladıq. Həmin şəxs bildirdi ki, sözügedən eynəyin üzərində Ermənistan bayrağının təsviri olmasından xəbərsiz olub.

Vətəndaşların buna münasibəti isə birmənalıdır.

Yəqin ki, bundan sonra aidiyyati qurumlar üzərində Ermənistan bayrağının təsviri olan eynəyin Azərbaycana necə gəlib çıxdığını araşdıracaqlar.


Xəbər 3894 dəfə oxunub.





15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +