Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu
Rusiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik
Sabah hava necə olacaq?


24.02.2018  13:26 

Restoranın bacasına atıldığı deyilən kişinin məqsədi bəlli oldu - VİDEO





A+  A-

Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən xəbərəa görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən “Alov” parkındakı “Alov” restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində xilas edilən şəxsin Abşeron rayon sakini, 30 yaşlı Mehralıyev Asif Çingiz oğlu olması müəyyən edilib.

DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, A. Mehralıyev guya kimlərsə tərəfindən bacaya atılmasıı barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. Belə ki, A. Mehralıyev dindirilərkən məlum olub ki, o, iki gün əvvəl həmin restoranda işə düzəlibmiş. Hadisə baş verən gün isə A. Mehralıyev restoranın rəhbərliyindən icazə alaraq gedib. Yeyib-içdikdən sonra o, sərxoş vəziyyətdə işlədiyi restorandan oğurluq etmək niyyətinə düşüb. Bu məqsədlə də A. Mehralıyev gecə saat 02.00 radələrində restoranın havalandırma sistemi ilə içəriyə daxil olmaq istəyib. Lakin havalandırma sistemi dar olduğu üçün o hərəkətsiz vəziyyətdə qalıb və niyyətini başa çatdıra bilməyib.

Hazırda A. Mehralıyevin xəstəxanada müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbər 3429 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +