Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


18.09.2025  15:34 

Kişi olmadığını məhkəmədə sübut edəcək





A+  A-

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ölkənin birinci xanımının qadın olmasını məhkəmədə sübut etmək niyyətindədirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə Makron ailəsinin vəkili Tom Kler “BBC”nin “Fame Under Fire” podkastında danışıb.

Onun sözlərinə görə, cütlük məhkəməyə Bricit Makronun bioloji olaraq qadın olmasına dair foto və elmi sübutlar təqdim etməyi planlaşdırırlar.

Kler qeyd edib ki, ölkənin birinci xanımı məsələni həll etmək üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Qeyd edək ki, məhkəmə iddiası amerikalı jurnalist Kendis Ouens ilə bağlıdır. Belə ki, Ouens B.Makronun dünyaya kişi olaraq gəldiyini iddia edib, nəticədə isə Makron cütlüyü onu məhkəməyə verib.

Onu da xatırladaq ki, 2021-ci ildə Fransa mediasında və sosial şəbəkələrdə Bricit Makronun cinsini dəyişdirdiyi barədə xəbərlər yayılmağa başlayıb. Sözügedən məlumatlarda B.Makronun əsl adının Jan-Mişel Tronye olduğu iddia edilib. O, bunu təkzib edərək həmin ittihamları yayanları məhkəməyə verib. 2024-cü ilin sentyabrında isə Paris məhkəməsi Bricitin kişi olmasını iddia edən iki qadın barəsində hökm çıxarıb. Hökmə əsasən, Nataşa Rey və Delfin Jequss adlı iki qadın 13,5 min avro məbləğində cərimə ediliblər.



Xəbər 2359 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +