Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


30.11.2023  17:15 

Elmi-Tədqiqat İnstitutunda qalmaqal baş verib - Təfsilat





A+  A-

Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat İnstitutunda növbəti qalmaqal baş verib. Buna İnstitutun direktoru Gülnaz Dadaşovanın 20 ilə yaxın infarkt şöbəsinə rəhbərlik etmiş tibb elmləri doktoru, professor Elman Ələkbərovu Elmi Şura üzvlüyündən çıxarması səbəb olub.

Xəzərnews.az xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, bu günlərdə Elmi Şuradan iclasına qatılmaq üçün İnstituta gələn professor gözlənilməz situasiya ilə qarşılaşıb. İclas zalına daxil olarkən, İnstitutun işçiləri ona "Sizin adınız siyahıda yoxdur" deyiblər.

E.Ələkbərov bunun səbəbi ilə maraqlananda İnstitutun direktoru ona Elmi Şura üzvlüyündən uzaqlaşdırıldığını bildirib. "Məni üzvlükdən çıxarmısınızsa, onda niyə xəbər etməmisiniz, niyə mən səsvermədə olmamışam?" deyə soruşduqda isə Gülnaz Dadaşova professora "Siz "Bakupost"a müsahibə verəndə bəyəm mənə demişdiniz?" deyə cavab verib. Onun bu cavabına, həmçinin Elmi Şuradan prosedura zidd və qanunsuz şəkildə uzaqlaşdırılmasına əsəbiləşən E.Ələkbərov "Mən onsuz da sənin rəhbərliyin altında işləməyi öz səviyyəmə yaraşdırmırdım, ona görə də İnstitutdan getdim. Sən anestezioloqsan, necə kardioloq olduğun bəlli deyil, professorsan, necə müdafiə etdiyin bəlli deyil, idarəetməni, işçilərlə necə davranmağı da bilmirsən" deyərək, İnstitutu tərk edib.



Qeyd edək ki, bütün bunlar Elmi Şuranın iclas zalında, İnstitutun əməkdaşlarının gözü qarşısında baş verib.

Məsələ ilə bağlı E.Ələkbərovla əlaqə saxlasaq da, o bu barədə danışmaq istəmədiyini bildirdi: "Mən onun nə əleyhinə, nə də lehinə danışmaq istəyirəm".

Xəbər 2507 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +