Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


03.07.2023  15:52 

Polislər Söyüdlü kəndinin içini tərk edib, amma...





A+  A-

Gədəbəyin Söyüdlü kəndinin girişində və çıxışında polis postları qalmaqdadır.

XəzərNews.az xəbər verir ki, bu barədə Turan-a kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, postlarda əvvəlki qaydada kəndə giriş-çıxışına yalnız kənd sakinlərinə sənədləri təqdim etməklə icazə verilir. "Kəndin içində isə polislər artıq yoxdur".

Kənd sakinləri əlavə edib ki, qızıl yataqlarından çirkab sularından yaradılmış süni gölün ətrafında texnika işləyir. "Amma orada nə kimi işlərin aparılması bizə deyilmir".


Qeyd edək ki, iyunun 20-də Gədəbəy rayonun Söyüdlü kəndin sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər.

Etirazlar zamanı polis müdaxilə edib, nəticədə 10 nəfərə yaxın xəsarət aldığı və 5 nəfər inzibati həbs edildiyi deyilir.

İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub. Baş nazir Əli Əsədovun tapşırığı ilə süni gölün insanların sağlamlığına təhlükəli olub-olmadığını yoxlamaq məqsədilə komissiya yaradıldı. Hazırda komissiya işini davam etdirdiyi bildirilir.

Xəbər 2593 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +