Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


21.06.2023  12:53 

“AzerGold” açıqlama yaydı





A+  A-

Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı “AzerGold” QSC-nin heç bir bağlılığı yoxdur.

XəzərNews.az xəbər verir ki, xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Şirkət bəyan edib: "Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsini ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti həyata keçirir".

“AzerGold” koloji siyasətində metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunmasında ətraf mühitin qorunması və təbii ehtiyatlardan dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə istifadəni əsas götürür. Cəmiyyət həmçinin öz fəaliyyətində ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə mütərəqqi üsulları tətbiq edir, ətraf mühitə mənfi təsirin qarşısını alan qoruyucu və qabaqlayıcı tədbirlər görür, davamlı monitorinqlər həyata keçirir. Bu tədbirlər çərçivəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq tozölçmə işləri icra edilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillər aparılır.

Şirkətimiz hər zaman ətraf mühitin mühafizəsinə dair ictimai fəal mövqe nümayiş etdirir. Cəmiyyətin koporativ sosial məsuliyyət layihələri çərçivəsində mütəmadi olaraq hasilat fəaliyyəti aparılan Daşkəsən rayonunda ətraf kəndlərin yerli əhalisi ilə birlikdə ekoloji aksiyalar təşkil edilir", - deyə açıqlamada qeyd olunub.

Xəbər 2499 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +