Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


13.11.2019  09:16 

13 noyabr - Ümumdünya Xeyirxahlıq Günüdür





A+  A-

Noyabrın 13-də Ümumdünya Xeyirxahlıq Günü qeyd olunur.
XəzərNews.az-ın məlumatına görə, Ümumdünya Xeyirxahlıq Hərəkatının birinci konfransı 1988-ci ilin məhz bu günü Tokioda açılıb. Konfransda Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ-ın nümayəndələri iştirak edib. Sonralar başqa ölkələr də bu hərəkata qoşulub. Bu günün rəmzi olan açıq ürəyi Fransa rəssamı Orel yaradıb.

Keyko Otaka başda olmaqla bir qrup Yaponiya və ABŞ psixoloqunun Kvansey Qakuin Universitetinin və Kobe kollecinin (Yaponiya) bazasında apardığı araşdırmalara görə, xeyirxah əməllərimizin sayı nə qədər çox olsa, özümüzü bir o qədər xoşbəxt hiss edirik.

Alimlərin fikrincə, gündəlik işlərdə ətrafdakılara minnətdarlıq, şəfqət və digər xeyirxah hisslərlə yanaşan insanlar dünyaya nikbin baxır, fiziki cəhətdən sağlam olur, daha ahəngdar həyat yaşayırlar.

Miçiqan Universitetinin (ABŞ) alimləri isə hesab edirlər ki, xeyirxah insanlar az xəstələnir və uzun ömür sürürlər. Beş il ərzində 400-dən çox yaşlı cütlüyü müşahidə edən tədqiqatçıların gəldikləri qənaətə görə, bir-birinə diqqət və qayğı ilə yanaşan tərəf-müqabillər iki dəfə az xəstələnirlər.

Alimlər onu da bildiriblər ki, xeyirxah insanlar yaxşı immunitetə və möhkəm ürəyə sahib olduqları üçün orta hesabla 9 il çox yaşayırlar. Axı, başqalarına xeyirxahlıq edəndə limfositlərin səviyyəsi yüksəlir, damarlar genişlənir.

“Məmnunluq hormonunun” əmələ gəlməsi xeyirxahlığın daha bir “kənar təsiridir”. İnsan başqalarına kömək edəndə onun beynində çoxlu sayda ən gözəl təbii ağrıkəsici olan endorfin əmələ gəlir. Üstəlik, endorfinlər sakitləşdirici təsir göstərir, stressin təsirini neytrallaşdırır, depressiyanı yüngülləşdirir.

Xeyirxah insanlar özlərini tənha hiss etmir, başqalarına kin bəsləmir. Nəhayət, xeyirxahlıq eyforiyaya bənzər ruh yüksəkliyi ilə müşayiət olunur ki, bu da əhval-ruhiyyəni tənzimləyən serotonin hormonunun əmələ gəlməsi nəticəsində baş verir.

Xəbər 3212 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +