Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


31.01.2019  17:29 

Parlament fevralda 3 iclas keçirəcək





A+  A-

Milli Məclisin fevral ayında keçiriləcək iclaslarının vaxtı müəyyənləşib.
XəzərNews.az-ın parlamentdən əldə etdiyi məlumata görə, fevral ayında Milli Məclisin 3 plenar iclası keçiriləcək.

Belə ki, sabah – fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək. İclasın gündəliyinə isə 38 məsələ daxil edilib.

Yaz sessiyasının ilk iclasında Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planını təsdiq ediləcək, parlamentin Hesablayıcı komissiyasının, İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə baxılacaq. Həmçinin Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İnzibati icraat haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və s qanun layihələrinə dəyişikliklər ediləcək.

Bundan əlavə isə fevralın 12-i və 22-də də parlamentin növbəti plenar iclaslarının keçirilməsi nəzərdə tutulub.

Xəbər 2882 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +