Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


19.12.2018  15:38 

Azərbaycanda ilk Dizayn müsabiqəsi başlayır





A+  A-

Dekabrın 21-də Bakıda “Azerbaijan Design Award” dizayn müsabiqəsinə start veriləcək.
XəzərNews.az xəbər verir ki, dizayn müsabiqəsinin keçirilməsində əsas məqsəd bu sahədə çalışan istedadlı gəncləri aşkara çıxarmaq, perpektivli dizaynerlərin ölkədə tanıdılmasına şərait yaratmaq, bu sahəyə olan marağı artırmaqdan ibarətdir.

Belə ki, “Azerbaijan Design Award” dizayn müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən dizaynerlərin işləri səsverməyə çıxarılacaq, münsiflər tərəfindən səs çoxluğu ilə ən çox bəyənilən dizayn işinin sahibi qalib elan olunacaq. Münsiflər heyətindən söz düşmüşkən, qeyd etmək istəyirik ki, bu müsabiqədə Azərbaycanın, eləcə də Avropanın ən qabaqcıl şirkətlərinin rəhbərləri, kreativ və art direktorlarından ibarət münsiflər heyəti daha yaxşı işi seçmək üçün online səsvermə aparacaq. Münsiflər heyətində Röyal Paşayev, Elnur Babayev, Samir Sadıxov, Ceyhun İmanov, Rəvan Bağırov və digər yerli peşəkar mütəxəssislərimiz dəyərləndirmə aparacaqlar. Bundan başqa dünyaca məşhur “A Design Award” müsabiqəsinin münsiflər heyətindən 3 , “German Design Award” müsabiqəsindən isə 1 nəfər dəvət alıb.

Qeyd edək ki, bütün səsvermə prosesi online – sayt üzərindən anonim həyata keçiriləcək. Müsabiqə dekabr ayının 21-dən start götürəcək və 45 gün ərzində dizaynerlər öz layihələrini http://azerbaijandesignaward.com/ saytına təqdim etməlidirlər. Mart ayının ilk həftəsində isə müsabiqənin “Finalı” baş tutacaq. Müsabiqəyə qoşulmaq üçün ilk öncə qeydiyyatdan keçmək , daha sonra müvafiq kateqoriya üzrə işi təqdim etmək lazımdır. Müəyyən olunmuş tələblərə əsasən təqdim olunan layihələrlə bağlı bir neçə turdan ibarət səsvermə keçiriləcək. Finaldan öncə hər kateqoriyadan 5 nominant elan olunacaq. Sonda isə hər kateqoriya üzrə qalibin adı açıqlanacaq.

Dizaynerlər xahiş olunur ki, ən son xəbərlərdən məlumatlı olmaq üçün daim müsabiqənin facebook, Instagram səhifələrini və saytını izləsinlər.

Facebook səhifəsi : https://www.facebook.com/azerbaijandesignaward/

İnstagram səhifəsi : www.instagram.com/azerbaijandesignaward

Rəsmi sayt : www.azerbaijandesignaward.com


Xəbər 3563 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +