Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


29.08.2018  14:02 

Saxta pul hazırlayan fəhlələrin məhkəməsi oldu





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlayıb istifadə etməkdə təqsirləndirilən Elşad Cəfərov, Ramil Dəmirovlə və Famil Həsənova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F. Həsənov 7 il 6 ay, E. Cəfərov və R. Dəmirovun hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.

Adıçəkilən şəxslər pula ehtiyacları olduğu üçün saxta pul kəsib satmaq qərarına gəliblər. Əvvəllər də saxta pul hazırlama və dələduzluğa görə məhkum olunan Famil Həsənov bunu təklif edib. Onlar atışaraq 450 manata "printer" də alıblar. Daha sonra E. Cəfərov təsadüfən tanış olduğu Ramal Abbasovdan saxta pulu olduğunu və satmaq üçün müştəri tapmasını istəyib. R. Abbasov isə bu barədə polisə məlumat verib və əməliyyat planı hazırlanıb. O, Familə zəng edərəm 14 min manata saxta pul almaq istədiyini deyib və 3700 manata razılaşıblar. Kafelərin birinin kabinetində görüşüblər, saxta pulları Ramala verdikdən sonra polislər kabinetinə girərək Famili həbs ediblər. Onların saxta pul hazırladıqları evə baxış keçirilərkən oradan 8620 manat saxta əskinas götürülüb.

Məhkəmə hökmü ilə cəzalandırılan hər üç şəxs fəhləliklə məşğul olublar.

Xəbər 3054 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +