Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


30.08.2017  14:49 

Bakıda ərin arvadını öldürməsinin səbəbi - Masaj salonunda...





A+  A-

Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədovun qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürməsi faktı ilə bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən B. Məmmədov polisə gələrək könüllü təslim olub.

B. Məmmədov polisə verdiyi ilkin ifadəsində hadisə baş verən ünvanda həyat yoldaşı və 7 yaşlı oğlu ilə birlikdə kirayədə yaşadıqlarını bildirib.

Qətlə isə ərinin qadının mobil telefonunda masaj salonunda çəkilmiş fotolarını aşkar etməsi səbəb olub.

Onların arasında mübahisə yaranıb, nəticədə B. Məmmədov həyat yoldaşını boğaraq öldürüb.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, Z. Mərifova ərinə çörək sexində işlədiyini desə də, onun masaj salonunda işlədiyi üzə çıxıb.

B. Məmmədov isə həyat yoldaşının harada işləməsindən xəbərsiz olduğunu bildirib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

Xəbər 3194 dəfə oxunub.



15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +