Gürcüstan DİN-nə çağırış edildi
Şad Xəbər: Bu şəxslərə ev veriləcək
Qazaxıstan Rusiyaya hücum edib?
Əhaliyə şad xəbər: Bitdi...
Azərbaycanlı şairin vəziyyəti ağırlaşdı -FOTO
Cüdoçularımız finala vəsiqə qazandı
Sərnişin qatarına hücum etdilər, yaralılar var -VİDEO
Fabrikdə partlayış, ölənlər var
Tanınmış aktyor vəfat etdi -FOTO
İlham Əliyev bu işçilərlə bağlı sərəncam imzaladı


12.02.2024  15:11 

Polis orqanlarına yeni xidməti avtomobillər təqdim olunub





A+  A-

Naxçıvanda polis orqanlarına yeni xidməti avtomobillər təqdim olunub, Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin inzibati binası istifadəyə verilib.

Xəzərnews.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə muxtar respublikanın polis orqanlarına təqdim olunan yeni xidməti avtomobillərə baxıb.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Süleyman Neymətov məlumat verib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib.

Bildirilib ki, 4 “BMW” markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, pos-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub. 2023-cü il istehsalı olan avtomobillər yüksək manevr imkanları və müasir təchizatı ilə xidmətin operativ təşkilinə imkan verəcək.

Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.

Sonra səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, üçmərtəbəli binanın foyesində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları ilə keçirdiyi görüşləri əks etdirən fotoguşə yaradılıb. Şöbədə növbətçi, qəbul, xüsusi vasitələrin saxlanması otaqları, kriminalistik tədqiqatlar, istintaq və tədqiqat, təşkilati-inspektor qrupları üçün və digər xidməti otaqlar, eləcə də server otağı, arxiv, iclas zalı və bufet yerləşir. Xidmətin operativ təşkili üçün otaqların hər biri ən müasir avadanlıqlarla təchiz olunub.

Binada mərkəzləşdirilmiş havalandırma və istilik sistemi də quraşırılıb.//Yenisabah

Xəbər 2847 dəfə oxunub.



04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO

04.10.2025  11:54 

Prezident fərman imzaladı

04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +