Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


17.08.2023  09:45 

Lüt şəkilləri ilə şantaj edib 205 minini alıblar





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniya vətəndaşından hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin həyat yoldaşı ifadə verib.

O bildirib ki, hər iki qadın onun həyat yoldaşı ilə görüşüb, intim münasibətdə olub:

“Daha sonra onlar həyat yoldaşımın lüt şəkillərini çəkiblər. Bir müddətdən sonra isə hər iki qadın yoldaşımı şantaj edib külli miqdarda pul tələb edib. Bildiriblər ki, əgər pul verməsə, həmin şəkilləri 10 yaşlı qızıma göndərəcəklər. Bu adla onlar yoldaşımdan 205 min manat alıblar”.

Qeyd edək ki, Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovaya Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham elan olunub.

İttihama görə, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Qrier Kristoferdir. O, Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.

Qadınlar Britaniya vətəndaşı ilə Fəvvarələr meydanında tanış olublar, onunla birlikdə evə gediblər. Evdə onun çılpaq vəziyyətdə fotolarını çəkib, sonradan həmin fotolarla onu şantaj ediblər. İttihamda göstərilib ki, şantaj yoluyla Qrierdən 205 min 823 manat alıblar./lent.az

Xəbər 2893 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +