Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


04.08.2023  17:40 

Agentlik TƏBİB-lə birgə ictimai müzakirə keçirib - Foto





A+  A-

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.17, 6.2, və 1.7-ci bəndlərinin ilkin və aralıq nəticələrinin müzakirəsi ilə bağlı ictimai müzakirə keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Zaur İbrahimov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov, Hüquq departamentinin rəhbəri Pərvin Cabbarlı və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Tədbir iştirakçılarına dövlət orqanlarında vətəndaş cəmiyyətinin təmsilçiliyi, ictimai iştirakçılıq, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində aparılan islahatlarla bağlı maarifləndirmə işlərində qeyri-hökumət təşkilatlarının rolu barədə məlumat verilmiş, eyni zamanda Milli Fəaliyyət Planın aidiyyəti bəndlərinin icrası ilə bağlı təkliflər irəli sürülmüşdür.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı QHT- lərin sualları cavablandırılıb.









Xəbər 2614 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +