Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi
Bakıda torpaq bahalaşır
Suyun tarifi ilə bağı təklif Tarif Şurasına təqdim ediləcək
Şahin Bağırov rəis müavini təyin etdi
Alı Alıyevin nümayəndəsinə “stop“ qoyuldu


19.04.2023  19:10 

Naxçıvanda “Nar“ın yeni mağazası təqdim edildi





A+  A-

18 aprel tarixindən etibarən, “Nar” abunəçiləri Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən “Nar”ın yenilənmiş mağazasında üstün müştəri xidmətləri ala biləcəklər.

XəzərNews.az xəbər verir ki, mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası, və dublikatının çıxarılması kimi xidmətlərlə yanaşı mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.

Yeni konseptli mağaza ilə yanaşı, “Nar” abunəçilərinə Muxtar Respublika ərazisində fəaliyyət göstərən ən geniş mobil şəbəkələrdən birini təqdim edir. Naxçıvan şəhəri ilə yanaşı, Ordubad, Şahbuz, Culfa, Sədərək, Babək və Kəngərli rayonlarında “Nar” abunəçiləri yüksək sürətli və kəsintisiz mobil rabitə xidmətlərindən istifadə edir.

Mobil operatorun regionlara xüsusi diqqətini vurğulayan “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: “Naxçıvandakı abunəçilərimizə üstün müştəri təcrübəsi təqdim etməklə yanaşı, Muxtar Respublikaya geniş həcmli investisiya edirik. “Nar” artıq Naxçıvan şəhərində və Muxtar Respublikanın rayonlarında ən geniş mobil şəbəkələrdən birinə sahibdir. Bundan başqa, faydalı sosial layihələrimizlə Naxçıvan sakinlərinə dəstək olmaqdayıq. Buradakı fəaliyyətimizlə bağlı aldığımız xoş rəylər bizi çox sevindirir və bizi müştərilərimizə daha da yüksək xidmət göstərməyə sövq edir”.

Müştərilərə ən üstün xidmət strategiyasına uyğun olaraq, “Nar” ilin sonuna kimi ölkə boyunca 17 mağazasını tamamilə yeniləməyi və ziyarətçilərə daha da yüksək xidmət göstərməyi planlaşdırıb. “Nar” mağazalarının ünvanı və xidmətlər haqqında ətraflı məlumatı nar.az/map səhifəsindən öyrənmək olar.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.




Xəbər 2466 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır

03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı


BÜTÜN XƏBƏRLƏR +