Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


31.05.2022  11:37 

Qanunsuz heyvan kəsimi ləğv edildi





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.

XəzərNews.az Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinə istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakının Sabunçu rayonunun Ramanı qəsəbəsində aparılan reydlər zamanı fiziki şəxslər Məmmədov Polad Mürsəl oğluna, Əhmədov İlham Əsgər oğluna, Alışov Bəylər Mehman oğluna, Vəliyev Mehman Balış oğluna, Allahverdiyev Səfər Qiyas oğluna, Abbasov Sakit Nəbadi oğluna və Əmrahov Qalib Qardaşxan oğluna məxsus məntəqələrdə baytarlıq-sanitariya ekspertizası aparılmadan qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib.

Faktlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

Xəbər 3523 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +