Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


04.12.2021  19:00 

Gəncədə 300-dən artıq ailə 30 ildir susuzdur - Video





A+  A-

Gəncədə 300-dən artıq ailənin yaşadığı qəsəbə 30 ilə yaxındır su üzünə həsrətdir. Bu ərazidə yaşayan sakinlər suya olan tələbatlarını ancaq yağış suyunun hesabına ödəyirlər. Elə ona görə də burada yağış yağanda toy-bayram olur.

Yağış yağmayanda isə sakinlər suya olan tələbatlarını şəxsi vəsaitləri hesabına su maşınları vasitəsilə ödəməyə çalışır. Bu isə onların maddi durumuna ağır təsir göstərir. Əhali dəfələrlə aidiyyəti qurumların qapısını döyüb.

Artıq uzun zamandır ki, sakinlər Gəncə ilə Göygöl arasında var-gəl edir.

Qurumlar problemin həllini bir-birinin üzərinə atır. Çünki yaşayış massivi Gəncə şəhər Nizami rayonu ərazisində yerləşsə də, qəsəbə Göygöl rayonuna bitişikdir.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı şifahi şəkildə bildirib ki, qeyd olunan əraziyə çalışdığı qurum xidmət göstərmir.

Həmin şəxslər “Azərsu”ya yox, Gəncə şəhər Nizami rayon bələdiyyəsinə müraciət etməlidirlər. Nizami bələdiyyəsindən isə bildirilib ki, bu torpaqlar onlara verilməyib.

Daha ətraflı Baku TV-nin süjetində:



Xəbər 3175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +