Mirzoyan: Fundamental prinsiplər razılaşdırılıb
Paşinyan Azərbaycanla kommunikasiyadan danışdı
Kreml müharibəni necə yekunlaşdıracaq? - Şərh
Ukrayna bu ölkə ilə münasibətləri kəsdi
Milyarder Britaniyanın baş nazirini tənqid etdi
Azərbaycan nefti ucuzlaşdı
Zavodda güclü partlayış -VİDEO
Bu ölkədə MOSSAD üzvü saxlanıldı
Krımda yanacaq qıtlığı yaranıb
Sərnişin sürücünü xəstəxanalıq ETDİ


12.05.2021  16:32 

Bu il 44,3 min şəxsə sosial ödənişlər təyin olunub





A+  A-

Bu ilin yanvar-aprel aylarında 44,3 min şəxsə sosial ödənişlərin, o cümlədən 10,3 min şəxsə pensiyaların, 34 min şəxsə isə müavinət və təqaüdlərin elektron qaydada təyinatı həyata keçirilib.
Bu barədə XəzərNews.az-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, sonralar 24 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb. Həmin vaxtdan ötən dövrdə ümumilikdə 171 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd e-qaydada təyin olunub. Onlardan 36 mini pensiya təyinatları olub.

Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmayıb. Həmin sosial ödənişlər məmur-vətəndaş təması olmadan, avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunub.

Xəbər 3746 dəfə oxunub.



03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı

03.10.2025  10:29 

Zavodda güclü partlayış -VİDEO

03.10.2025  10:19 

Krımda yanacaq qıtlığı yaranıb

02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR


BÜTÜN XƏBƏRLƏR +