Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


30.04.2021  14:58 

Gələn həftədən Azərbaycanda “Vaxzevria” peyvəndi də vurulacaq





A+  A-

“Mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunur.

Bildirilir ki, Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

“COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Məlumatda qeyd olunur ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

Xəbər 3690 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +