Motosiklet və skuter oğurlayan şəxslər saxlanılıb
Türkiyə ABŞ-ın Rusiya neftindən imtina tələblərinə cavab verdi
Milyarderin üzünə duran Dərbişev saxlanıldı və öldü...
Nərimanovda oğurluq edən şəxs saxlanılıb
Belçika səmasında 15 PUA görüntüləndi
Bakıxanovda ölüm saçan yol - Hər an fəlakət yaşanır - VİDEO
UEFA açıqladı - Siyahıda “Qarabağ” da var
Polşada Ukrayna hərbçiləri üçün ən böyük təlim mərkəzi açıldı
İstilər yenidən qayıdır - Şənbə gününün havası
Məmurun evindən 340 min pulu oğlunun sevgilisi oğurlayıb


02.05.2020  18:25 

Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı





A+  A-

Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar Ali Məhkəmə məhkəmə prosesləri ilə bağlı qərar qəbul edib.
Bu barədə XəzərNews.az-a məhkəmədən məlumat verilib.

"Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 may 2020-ci il tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6 nömrəli, 23 aprel 2020-ci il tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilsin:

1. Xüsusi karantin rejiminin müddətinin uzadıldığı 31 may 2020-ci il saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə:

1.1 Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;

1.2 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin;

1.3 Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;

1.4 Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin;

1.5 Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;

1.6 Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilsin.

2. 04 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə:

2.1 İşlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun;

2.2 Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin;

2.3 Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınsın;

2.4 Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu masklardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun;

2.5 Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin;

2.6 Vətəndaşların qəbulu zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl etməklə bərpa olunsun", - Ali Məhkəmədən bildirilib.

Xəbər 3435 dəfə oxunub.



03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı

03.10.2025  10:29 

Zavodda güclü partlayış -VİDEO

03.10.2025  10:19 

Krımda yanacaq qıtlığı yaranıb


BÜTÜN XƏBƏRLƏR +