Qarabağda döyüşənlər medallarını qaytarır - VİDEO
Prezidentlər görüşdü -FOTOLAR
Məmləkətin gündəmi “adnanfason”dur - Ekspert
Kilsə uçdu: 30 ölü, 200 yaralı var
Ukrayna 185 hərbçisini Rusiyadan geri aldı
Cabir İmanovun səs yazısı yayıldı-VİDEO
Məscid imamı öldürüldü
Vüsal Aslanov rəisi işdən çıxardı
Nazir rəisi işdən çıxartdı
Türkiyə İrana qarşı sanksiyalara qoşuldu


28.01.2020  10:11 

AZAL Çinə bilet alan sərnişinlərə müraciət etdi





A+  A-

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart tarixinədək olan reyslərinə aviabilet əldə etmiş sərnişinlər cərimə olunmadan uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri geri qaytara biləcəklər.
XəzərNews.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb. Bildirilib ki, sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, ötən gün “Azərbaycan Hava Yolları” mart ayının 8-nə kimi Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırması barədə məlumat yaymışdı. Bildirilmişdi ki, bu proses hər il təkrarlanır və Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə əlaqədardır.

Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

Xəbər 3416 dəfə oxunub.



02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU

02.10.2025  12:44 

Sabah 24 dərəcə isti gözlənilir


BÜTÜN XƏBƏRLƏR +