Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


18.04.2019  16:43 

Bakıda iki marşrutun yolu dəyişdirildi





A+  A-

Nizami rayonu Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Abdulla Mirzəyev küçələrinin kəsişməsində dəmir yol keçidində müxtəlif səviyyəli yol ötürücüsünün (tunel) inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti 18 aprel 2019-cu il gecə saat 00:00-dan etibarən tam məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağyevin XəzərNews.az-a verdiyi məlumata görə, bu səbəbdən, qeyd edilən ərazidən keçən 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib:

“Dəyişikliyə əsasən, 38 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi A.Mirzəyev küçəsinə keçirilib. 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar isə Mirzə Ələkbər Sabir küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən geri dönərək müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər”.

Onun sözlərinə görə, dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

Xəbər 2873 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +