Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


11.04.2019  18:57 

Azərbaycan XİN-i Yaqlanda cavab verdi





A+  A-

Erməni kütləvi informasiya vasitələri Avropa Şurasının Baş katibinin Strasburqda Ermənistan Baş naziri ilə görüşdən sonra mətbuata verdiyi açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə Komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməsinin vacibliyi ilə bağlı fikir səsləndirib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Erməni KİV-də yayılmış bu məsələ ilə bağlı XəzərNews.az-a açıqlamasında deyib ki, Avropa Şurasının Baş katibi T.Yaqland üzv ölkələrə “boz ərazilərə”, o cümlədən Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsini təklif edib.

L.Abdullayeva deyib ki Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi aydındır və dəfələrlə müvafiq beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının diqqətinə çatdırılıb:

"Bu və ya digər şəxsi, o cümlədən beynəlxalq təşkilatın nümayəndəsini və ya əcnəbi dövlətin vətəndaşını beynəlxalq tanınmış sərhədləri çərçivəsində və yerli qanunvericiliyə uyğun olaraq öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir".

Xəbər 3248 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +