Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi
Bakıda torpaq bahalaşır
Suyun tarifi ilə bağı təklif Tarif Şurasına təqdim ediləcək


29.03.2019  15:38 

7000 nəfərə elektron qaydada pensiya təyinatı aparılıb





A+  A-

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə pensiya təyinatının elektron infrastrukturu qurulmaqla, sosial təminat sahəsində ilk proaktiv xidmət kimi cari ilin əvvəlindən avtomatlaşdırılmış pensiya təyinatına başlanılıb. Bu günədək artıq 7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb.
XəzərNews.az xəbər verir ki, pensiya yaşı tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün də təyin edilmiş pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla onlara məlumat verilib. Bununla da pensiya yaşı çatan vətəndaşların onlara pensiya təyin olunması üçün müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyac olmadan, onların pensiya hüququ reallaşdırılıb.

Bu il pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə, yəni 36 min nəfərə elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır.

Eyni zamanda, sosial müavinətlərin də avtomatlaşdırılmış təyinat mexanizminin yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər aparılır.

Xəbər 3154 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +