Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi
Bakıda torpaq bahalaşır
Suyun tarifi ilə bağı təklif Tarif Şurasına təqdim ediləcək


29.03.2019  09:54 

534 kiloqram mənşəyi məlum olmayan ət aşkarlandı





A+  A-

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi , eləcə də Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb.
Bu haqda XəzərNews.az-a DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirilib.

Daxil olan məlumat əsasında martın 28-də Ağdaş rayonu Yuxarı Ləki kənd ərazisində keçirilmiş birgə tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Şirin Kərimlinin idarə etdiyi “ Ford” markalı avtomobil saxlanılıb.

Həmin avtomobilin yük yerinə baxış keçirilən zaman 534 kq çəkidə mənşəyi məlum olmayan ət aşkar olunaraq götürülüb.

Ətdən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratororiyasına göndərilib. Ş. Kərimli izahatında həmin əti satmaq məqsədilə Bakı şəhərinə aparmaq istədiyini bildirib.

Xəbər 2626 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +