Zirvənin zarafatı: Əliyev, Makron və Edi Rama...
İrandan Azərbaycana 15 kiloqram narkotik keçirmək istədilər
Elm və Təhsil Nazirliyində yarpaq tökümü...
Sabah 24 dərəcə isti gözlənilir
Rusiya ordusu Ukrayna PUA-larını məhv edib
Azərbaycanda maaş sistemi yaradılır - Məmurların maaşı kəskin artacaq?
Gömrük Komitəsinin daha iki əməkdaşı həbs edildi
İlham Əliyev Paşinyanla görüşdü - Kopenhagendə -VİDEO
Bakıda sahibkar 12 yaşlı oğlana təcavüz edib
ABŞ-dan Ukraynaya DƏSTƏK


18.09.2018  10:07 

89 neftçiyə mənzil verilib - SOCAR-ın ötən ili





A+  A-

SOCAR 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, hesabat şirkətin ötən il əldə etdiyi əsas istehsalat və maliyyə göstəriciləri, şirkət və onun struktur bölmələri ilə yanaşı xaricdə fəaliyyət göstərən nümayəndəlik və törəmə şirkətlərinin fəaliyyət nəticələrini özündə əks etdirir.

Hesabatda bildirilir ki, şirkət ötən il büdcəyə 1,5 milyard manat həcmində ödəmələr edib, bu da 2016-cı illə müqayisədə 8 faiz və ya 114,7 milyon manat çoxdur. Hesabat ilində şirkət ölkə hüdudlarında və Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 7,4 milyon ton neft hasil edib, həmçinin quru və dəniz sahələrində 81 quyu qazaraq istismara təhvil verib. Dövr ərzində 5,9 milyon ton neft emal edilib.

SOCAR ötən il 1886,2 km uzunluğunda yeni qaz kəmərləri çəkib, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 221,1 km qaz kəməri əsaslı təmir olunub.

Hesabatda deyilir ki, 01.01.2018-ci il tarixində SOCAR üzrə işçilərin sayı 50 min nəfərdən artıq olub. Mənzil növbəsində olan 89 neftçi ailəsi “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə, 4 nəfər isə Suraxanı rayonunda torpaq sahəsi ilə təmin olunub. Ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə 2991 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Müalicəyə ehtiyacı olan 2 677 nəfər neftçi istirahət və sanator-kurort müalicə mərkəzlərinə göndərilib, Naftalan şəhərində 3 227 nəfərə yaxın işçinin müalicəsi təmin edilib.

Xəbər 3066 dəfə oxunub.




02.10.2025  12:44 

Sabah 24 dərəcə isti gözlənilir

02.10.2025  09:35 

ABŞ-dan Ukraynaya DƏSTƏK

01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0


BÜTÜN XƏBƏRLƏR +