Rəqs edən həkim, yenidən iş başında? -VİDEO
ABŞ-ın dövlət borcu rekord həddə...
Biz Tehranda qala bilmərik -Məsud Pezeşkian
Elektrik Stansiyasına edilən hücumlar cavabsız qalmayacaq -Putin
Rusiya bu ölkə ilə viza rejimini ləğv edəcək
Putin SSRİ-nin dağılmasının səbəbini açıqladı
Qarabağda döyüşənlər medallarını qaytarır - VİDEO
Prezidentlər görüşdü -FOTOLAR
Məmləkətin gündəmi “adnanfason”dur - Ekspert
Kilsə uçdu: 30 ölü, 200 yaralı var


26.06.2018  10:06 

Messi üçün ölüm qalım oyunu - Matçları necə izləyək?





A+  A-

Dünya çempionatında qrup mərhələsinin son turunun oyunları davam edir.
XəzərNews.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutacaq.

C qrupunda Avstraliya Peru ilə qarşılaşacaq. Yaşıl qitə təmsilçiləri bu görüşdə mütləq qələbə qazanmalıdır. Lakin onların taleyi heç də özlərindən asılı deyil. Danimarkanın Fransaya 2 top fərqi və ya daha böyük hesabla uduzmağını gözləməlidirlər.

Fransa isə artıq növbəti mərhələyə adını yazıdırıb. Lakin onlar qrup lideri olmaq üçün mübarizə aparacaqlar. Danimarka ilə qarşılaşacaq “xoruzlar”a lider olmaq üçün heç-heçə də kifayət edəcək.

Digər iki oyun isə D qrupunda baş tutacaq. Dünya çempionatının ən qalmaqallı qrupunda təbii ki, bütün diqqətlə Argentina millisində olacaq.

Nigeriya ilə qarşılaşacaq Lionel Messi və komanda yoldaşları bu qarşılaşmada mütləq qalib gəlməlidir. Lakin bunu daha böyükhesabla etməlidirlər. Çünki top fərqində növbəti mərhələyə iddialı Nigeriya daha üstündür.

Qrupun digər oyununda isə lider Xorvatiya İslandiya ilə qarşılaşacaq. 1/8 finala adını yazdıran xorvatlar üçün matçın əhəmiyyəti bir o qədər də önəmli deyil. Lakin İslandiya bu görüşdə qələbə əldə etməklə adını növbəti mərhələyə yazdıra bilər.

Bu iki qrupda keçiriləcək oyunlarla 1/8 final mərhələsinin daha 2 cütünün adına aydınlıq gələcək.

DÇ-2018

3-cü tur

C qrupu

18:00. Avstraliya – Peru (İdman Azərbaycan, TRT Spor)

18:00. Danimarka – Fransa (AZTV, İctimai TV, TRT1)

D qrupu

22:00. İslandiya – Xorvatiya (AZTV, TRT Sport)

22:00. Nigeriya – Argentina (İdman Azərbaycan, İctimai TV, TRT1)

Xəbər 3170 dəfə oxunub.




02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU


BÜTÜN XƏBƏRLƏR +