Qarabağda döyüşənlər medallarını qaytarır - VİDEO
Prezidentlər görüşdü -FOTOLAR
Məmləkətin gündəmi “adnanfason”dur - Ekspert
Kilsə uçdu: 30 ölü, 200 yaralı var
Ukrayna 185 hərbçisini Rusiyadan geri aldı
Cabir İmanovun səs yazısı yayıldı-VİDEO
Məscid imamı öldürüldü
Vüsal Aslanov rəisi işdən çıxardı
Nazir rəisi işdən çıxartdı
Türkiyə İrana qarşı sanksiyalara qoşuldu


28.03.2018  10:17 

Çaylardakı son durum açıqlandı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədəki çayların son durumunu açıqlayıb.
Qurumdan XəzərNews.az-a daxil olan xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 100-250, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.

Martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 35 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 590 m3/s olmaqla ongünlük normanın 193 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvan və Salyan məntəqələrində 10, Bankədə 3 sm azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2017-ci il martın 27-də 374 sm), Şirvanda 191 sm (2017-ci il martın 27-də 253 sm), Salyanda 127 sm (2017-ci il martın 27-də 200 sm), Bankədə 171 sm (2017-ci il martın 27-də 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2017-ci il martın 27-də 73 sm) təşkil edir.

Xəbər 2732 dəfə oxunub.



02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU

02.10.2025  12:44 

Sabah 24 dərəcə isti gözlənilir


BÜTÜN XƏBƏRLƏR +